REGİONLAR


Bu il Azərbaycanda 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

İlkin proqnozlara görə, cari ildə Azərbaycanda 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a müsahibəsində bildirib ki, Dövlət Statistika Komitəsinin iyulun 25-nə olan məlumatına əsasən, 961555 hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) 929939 hektarı biçilib, 2764849 ton məhsul istehsal edilib. Məhsuldarlıq hər hektardan orta hesabla 29,7 sentner olub. Hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, keçən illə müqayisədə məhsuldarlıq 0,8 faiz çoxdur. Cəmi biçiləcək 590659 hektar buğda sahəsinin isə 572539 hektarı biçilib və 1804994 ton məhsul əldə edilib. Burada isə məhsuldarlıq 31,5 sentner təşkil edib. Bu da keçən illə müqayisədə 0,2 faiz çoxdur.

“İlkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur”, - deyə İ.Cümşüdov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.