İQTİSADİYYAT


Bu il Azərbaycandakı magistral neft kəmərləri ilə 26,4 milyon ton neft nəql olunub

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 400 min ton neft nəql edilib. Nəqletmənin 78 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 20 milyon 596,4 min ton neft ötürülüb. Yeddi ayda BTC ilə 2,8 milyon ton tranzit neft də nəql olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.