İQTİSADİYYAT
Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq
Bakı, 20 sentyabr, AZƏRTAC
Bu il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir. Bildirilir ki, layihənin tammiqyaslı işlənməsi çərçivəsində yeni sərmayə qoyuluşları və neftvermə əmsalının artırılması ilə əlavə 4 milyard barrel neftin hasil edilməsi imkanı mövcuddur.
“Artıq 17 ildir ki, AÇG layihəsi mənfəətlə işləyir, layihə iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq. Bundan başqa, layihə çərçivəsində çıxarılan səmt qazının əvəzsiz olaraq SOCAR-a verilməsi də iqtisadiyyatımız üçün mühüm töhfədir. Yanvar-iyun aylarında AÇG yataqlar blokundan SOCAR-a gündəlik orta hesabla 7,2 milyon kubmetr, ümumilikdə isə 1,31 milyard kubmetr səmt qazı verilib”, - deyə SOCAR-ın prezidenti əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]