İQTİSADİYYAT


Bu il BTC kəməri ilə 15 milyon tonadək Azərbaycan nefti nəql edilib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Cari ilin iyununda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 489 min 988 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında kəmərlə 14 milyon 930 min 790 ton neft ötürülüb. BTC istifadəyə verilən gündən bu il iyulun 1-dək kəmərə 307 milyon 606 min 179 ton neft vurulub.

İyunda BTC kəməri ilə 371 min 206 ton Türkmənistan nefti nəql edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.