ELM VƏ TƏHSİL


Bu il Bakı Dövlət Universitetinə 4 min 798 tələbə qəbul olub

Bakı, 14 sentyabr, AZƏRTAC

2016/2017-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələrlə görüş keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin və onların valideynlərinin iştirak etdikləri görüşdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov təhsil müəssisəsinin fəaliyyətindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin məzunu və Fəxri doktoru olduğu Bakı Dövlət Universitetinin tələbəsi adını daşımağın çox şərəfli olduğunu deyən rektor tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Qeyd olunub ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu BDU-nun payına düşür. Cari ildə BDU-ya 4 min 798 tələbə qəbul olub ki, bu da ötən tədris ilindən 526 nəfər çoxdur. Həmin tələbələrdən 2 min 349-u dövlət sifarişi əsasında qəbul olub. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri BDU-nu seçib. Üçüncü ixtisas qrupu üzrə 700 bal toplayan bir nəfərin seçimi də BDU olub.

Görüşdə digər çıxış edənlər tələbələrə təhsildə nailiyyətlər arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.