ELM VƏ TƏHSİL


Bu il Bakı Mühəndislik Universitetini 830 tələbə bitirib

Bakı, 22 iyun, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) “Məzun günü” keçirilib.

BMU-dan AZƏRTAC-a bildiriblər ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Havar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə xüsusi önəm verdiyini diqqətə çatdırıb, ölkəmizdə bu sahənin inkişafına daim qayğı göstərildiyini vurğulayıb.

Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, qazanılan uğurlar barədə məlumat verən professor H.Məmmədov qeyd edib ki, bu il təhsil müəssisəsini 830 tələbə bitirir. Onlardan 660-ı bakalavr, 170-i isə magistr pilləsində təhsil alıb.

Milli Məclisin deputatı Fuad Muradov ölkəmizdə gənclərin təhsili üçün bütün lazımi şəraitin yaradıldığını bildirib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov və digər çıxış edənlər də cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolundan danışıb, məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonra maraqlı konsert proqramı nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.