ELM VƏ TƏHSİL
Bu il Bakı məktəblərinin IX və XI siniflərini 1399 şagird fərqlənmə attestatı ilə bitirib
Bakı, 9 avqust, AZƏRTAC
2016-2017-ci tədris ilinin yekunlarına görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin IX siniflər üzrə məktəbi orta göstəricilərlə bitirən 26 500 məzuna ümumi orta təhsil haqqında attestat, xüsusi nailiyyətlərlə başa vuran 549 məzuna ümumi orta təhsil üzrə fərqlənmə attestatı təqdim edilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, nəticələrə əsasən, məktəblərin XI siniflərini orta göstəricilərlə bitirən 20 500 məzunu tam orta təhsil haqqında attestata, xüsusi nailiyyətlərlə başa vuran 850 məzunu tam orta təhsil üzrə fərqlənmə attestatına, 25-i qızıl medal və xüsusi nümunəli attestata, üç nəfəri gümüş medal və xüsusi nümunəli attestata layiq görülüb.
Artıq IX siniflər üzrə adi və fərqlənmə attestatlarının, XI siniflər üzrə adi attestatların verilməsi başa çatıb. Fərqlənmə attestatları, qızıl və gümüş medallarla yanaşı, xüsusi nümunəli attestatların verilməsi prosesi isə yekunlaşmaq üzrədir.