ELM VƏ TƏHSİL


Bu il Bakıdakı məktəblərin buraxılış siniflərini 20 min 124 şagird bitirəcək

Bakı, 12 iyun, AZƏRTAC 

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27.708, XI sinfini 19.525 nəfər bitirəcək.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, paytaxtda 45.321 nəfər birinci sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.

Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 387.373, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2.327, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2.603 nəfər olmaqla, ümumilikdə 392.303 şagird təhsil alıb.

2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını 261 ümumi təhsil məktəbində 839 qrupda 23.130 uşaq bitirib. Növbəti ildən isə 25 mindən çox uşağın məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur.

Birinci sinfə şagird qəbulu ilə bağlı hazırda elektron sistem vasitəsilə 44 mindən çox uşaq qeydiyyatdan keçib ki, onlardan 40.805-i ümumi təhsil məktəblərinə, 3.359 nəfəri isə lisey və gimnaziyalara sorğu yerləşdirib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, üç xüsusi ümumi orta məktəb və yeddi əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 28.165 müəllim fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.