REGİONLAR


Bu il Beyləqan və İmişlidə 230 hektar sahədə meyvə bağları salınacaq

Beyləqan, 13 avqust, AZƏRTAC

Bu il Beyləqan və İmişli rayonları ərazisində 230 hektar sahədə meyvə bağları salınacaq.

Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, artıq yaz mövsümündə 30 min nar və ərik tingi əkilib. Bundan başqa, meyvə tinglərinin yetişdirilməsi məqsədilə 0,30 hektarda Qafqaz xurması, 0,05 hektarda badam, 0,40 hektarda tut toxumu səpilib. Kökləndirmək üçün 3,7 hektarda 185 min nar qələmi basdırılıb. 500 kiloqram müxtəlif meyvələrin toxumu tədarük edilib.

Payız mövsümündə nar, gavalı, xurma, ərik, alça, badam, tut və sair meyvə ağacları əkiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.