REGİONLAR


Bu il Biləsuvarda bədbəxt hadisələrlə üzləşən 607 nəfər tibbi müayinədən keçib

A+ A

Biləsuvar, 29 avqust, Mahir Babayev, AZƏRTAC

Bu il Biləsuvar rayonunda bədbəxt hadisələrlə üzləşən 607 nəfər həkimə müraciət edib.

Rayon mərkəzi xəstəxanasının həkimi Əliqismət Əliyev AZƏRTAC-a bildirib ki, onlardan 100 nəfəri it dişləyib. Onun sözlərinə görə, Biləsuvarda son 5 ildə ilansancma və günvurma halları qeydə alınmayıb. Dəm qazından ölüm halı baş verməsə də, 3 nəfər kanalda boğularaq həyatını itirib. Xəstəxanaya müraciət edənlərin bir qismi isə avtomobil qəzaları zamanı xəsarət alanlar olub. Həkim bildirib ki, ilin ötən dövründə xəstəxanaya müxtəlif tipli bədən xəsarəti ilə daxil olanlardan yalnız bir nəfəri dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.