REGİONLAR


Bu il Cəlilabadda 500 hektar sahədə çiyələk əkiləcək

A+ A

Cəlilabad, 11 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Taxılçılıq, üzümçülük və kartofçuluq rayonu kimi tanınan Cəlilabadda son illər çiyələk bitkisinin yetişdirilməsinə maraq xeyli artıb.

AZƏRTAC xəbər verir ki, bir neçə gündür rayonda çiyələk əkininə başlanılıb. Çiyələk sahələrində, həmçinin mövsümi işlər görülür. Gələcək məhsulun yüksək keyfiyyətli olmasını təmin etmək üçün sahələrdə aqrotexniki qulluq işləri davam etdirilir.

Fermer Elçin Cahangirov bildirib ki, çiyələk əkinində həm yerli, həm də “albions” növünə üstünlük verilir. Əkin işləri bir ay müddətində başa çatacaq.

Ötən mövsümün çiyələk təsərrüfatları üçün əlverişli olduğunu deyən E.Cahangirov qeyd edib ki, həm məhsuldarlıq, həm də qiymətlər onları razı salıb: “Bazarda qiymətlər demək olar ki, bizi qane etdi. Çiyələyin bir kiloqramını 80 qəpik-1 manata satdıq.”

Fermer təcrübə məqsədi ilə əkilən “Amerikanka” çiyələk növünün daha dözümlü olduğu üçün bu il ilk dəfə olaraq Rusiya bazarlarına çıxarıldığını da diqqətə çatdırıb.

Qeyd edək ki, ötən il Cəlilabad rayonunda 400 hektar çiyələk sahəsindən 12 min ton məhsul yığılıb.

Bu il rayonda 500 hektar sahədə çiyələk əkininin aparılması nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.