İQTİSADİYYAT


Bu il Fars körfəzi ölkələrindən xeyli sayda turist istirahət üçün Azərbaycanı seçib

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycanda yeni turizm obyektləri və infrastrukturun yaradılması nəticəsində ölkəyə səfər edən turistlərin sayı getdikcə çoxalır. Bu ilin yanvar-iyun ayları ərzində təkcə ərəb ölkələrindən gələn turistlərin sayı 30 dəfəyədək artıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Birləşmiş Ərəb Əmirliyinin “Arabian Gazette” mətbu orqanında dərc olunan “Azərbaycan: Fars körfəzi ölkələrinin vətəndaşları üçün yeni sevimli istiqamət” sərlövhəli məqalədə əksini tapıb.

Məqalədə qeyd olunur: “Azərbaycan regionun sabit ölkəsi olduğu üçün, müxtəlif ölkələr, o cümlədən ərəb ölkələrindən turistlər buraya səfər etməyə üstünlük verir. Bununla yanaşı, mətbəxi, insanların qonaqpərvərliyi, ümumi mədəni və dini oxşarlığa görə də ərəblər Azərbaycana üz tutur”.

Bildirilir ki, bu il Fars körfəzi ölkələrindən xeyli sayda turist istirahət üçün məhz Azərbaycanı seçib. Yazıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə istinadən qeyd olunur ki, yanvar-iyun ayları ərzində ölkəmizə səyahət edən turistlərin sayı 30 dəfəyədək artıb. Prezident İlham Əliyevin strateji qərarından, yəni Fars körfəzi ölkələri vətəndaşları üçün viza rejiminin aradan qaldırılmasından sonra Azərbaycana bu regiondan səyahət edən turistlərin sayında dəyişiklik olub. Turistlər ölkəmizin gözəl iqlimi, havası, mədəniyyəti, mətbəxi, təbiəti və abidələrini tanıtmağa başlayıb. Azərbaycanda yeni turizm obyektləri və infrastrukturun yaradıldığını diqqətə çatdıran müəllif qeyd edir ki, turistlər paytaxt Bakı ilə yanaşı, Qəbələ, Quba, Naftalan və İsmayıllı daxil olmaqla, bütün rayonlara səfər edirlər.

Mədəniyyət və Turizm Nazirliyi yanvar-iyun aylarındakı göstəricilərinə əsasən, avqust-dekabr aylarına olan perspektivi müsbət qiymətləndirir. Nazirliyin proqnozuna əsasən, ilin sonunadək Azərbaycana körfəz ölkələrindən daha 30 min turist səfər edəcək. Gələcəkdə turistlərin işgüzar turizm, tibbi, macəra turizmi sahələrinə də maraq göstərəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.