REGİONLAR


Bu il Goranboy rayonunda 18 min 800 hektar sahədə taxıl biçiləcək

Goranboy, 29 iyun, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın aqrar rayonlarından olan Goranboyda taxıl biçininə başlanılıb.

Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu il 18 min 800 hektar sahədə taxıl biçiləcək.

İşlərə ilkin olaraq rayonun aran hissəsindən başlanılıb. Biçin kampaniyasına “Aqrolizinq”in rayon filialının və fiziki şəxslərin 61 ədəd kombaynı cəlb olunub. Sahələrdə məhsulun itkisiz və vaxtında yığılması üçün fermer təsərrüfatlarında işlər növbəlilik əsasında qurulub. Rayon üzrə taxıl məhsullarında orta məhsuldarlıq hər hektardan 30-35 sentner proqnozlaşdırılır.

Ötən ilə nisbətən bu il məhsuldarlığın daha yüksək olduğu Goranboy rayonunda taxılın sahələrdən biçilməsi üçün daha çox texnika ayrılıb. Belə ki, ətraf rayonlar olan Göygöl və Şəmkirdə biçin hələ başlamadığı üçün oradakı hüquqi və fiziki şəxslərə məxsus kombaynlar da biçinə qoşulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.