DÜNYA


Bu il Həcc ziyarətinə gedənlər elektron qolbaqla təchiz olunacaq

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanı hökuməti Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, elektron qolbaq ehtiyac yarandıqda zəvvarların tanınması üçün sahibinin şəxsi və tibbi informasiyasını daşıyacaq. Qolbaqlar, həmçinin namaz vaxtları barədə məlumat verəcək və ərəb dilini bilməyən zəvvarlara oriyentir tapmaqda kömək edəcək.

Bununla yanaşı, zəvvarların toplandığı yerlərə 1000-dən çox kamera quraşdırılıb.

Qeyd edək ki, ölkə hökuməti keçən il Məkkədə basırıq nəticəsində 750-dən çox zəvvarın həyatını itirdiyi və 1000-dək insanın yaralandığı faciədən sonra təhlükəsizliyin təmin olunması istiqamətində vacib addımlar atır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.