REGİONLAR


Bu il İmişlinin qoyunçuluq təsərrüfatlarında 316 ton yun qırxılıb

A+ A

İmişli, 26 avqust, AZƏRTAC

İmişlidə qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və xeyli gəlir götürür.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayonun təsərrüfatlarında 251 min 706 baş qoyun-keçi bəslənilir. Bu da ötən ildəkindən 4097 baş çoxdur.

Bu il rayonun qoyunçuluq təsərrüfatlarında 316 ton yun qırxılıb. Tədarük olunan yunun 80-85 faizi yüksək keyfiyyətli olub. Cari ildə hər baş qoyundan 1,9 kiloqram yun qırxılıb. Ötən il isə bu rəqəm 1,8 kiloqram olub.

Rayonda ən yüksək nəticəni fermer Daşqın Kazımov qazanıb. O, bəslədiyi hər qoyundan 2,2 kiloqram yun götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.