REGİONLAR


Bu il İmişlinin ümumtəhsil məktəblərində 15322 şagird təhsil alacaq

A+ A

İmişli, 9 sentyabr, Mahir Babayev, AZƏRTAC

İmişlidə keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında 2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov 2015-2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin xeyli yüksəldiyini diqqətə çatdırıb, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, yeni dərs ilində rayonun 62 ümumtəhsil məktəbində 15322 şagird təhsil alacaq və 1531 müəllim onların təlim-tərbiyəsi ilə məşğul olacaq. Təhsil ocaqlarında çalışan müəllimlərdən 1157 ali, 315 nəfəri isə orta ixtisas təhsillidir. Müəllimlərin 1008 nəfərini (65 faiz) qadınlar təşkil edir.

Rayonun ümumtəhsil məktəblərində cari təmir işləri başa çatdırılıb. Məktəblər lazımi əyani vəsait və digər avadanlıqlarla təmin olunub.

Diqqətə çatdırılıb ki, 2015-2016-cı tədris ilində təhsilini başa vuran məzunlardan 248 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 25 nəfəri 500-dən yuxarı, 12 nəfəri isə 600-dən çox bal toplayıb. Tədris ilində iki müəllim “İlin müəllimi” adını qazanıb, bir müəllim isə “Tərəqqi” medalına layiq görülüb.

Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev təhsil işçilərini təbrik edib, yeni dərs ilində onlara nailiyyətlər arzulayıb.

Dövlətin təhsilin inkişafına xüsusi qayğısından və bu istiqamətdə reallaşan layihələrdən danışan icra hakimiyyətinin başçısı İmişlinin təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, son illər rayonda 4 məktəb binası inşa olunub, 3 məktəb binası isə əsaslı təmir olunaraq pedaqoji kollektivlərin istifadəsinə verilib.

Konfransda yeni dərs ilində qarşıda duran vəzifələr də müzakirə mövzusu olub.

Sonda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan 12 məzuna qiymətli hədiyyələr və rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.