REGİONLAR
Bu il İsmayıllıda 100 min tondan çox taxıl istehsalı gözlənilir
İsmayıllı, 7 iyul, AZƏRTAC
Bu günlərdə İsmayıllı taxılçıları bütün qüvvələrini mühüm strateji məhsulun yığımının tez və itkisiz başa çatdırılmasına səfərbər ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari ildə bölgədə 29 min 300 hektarda taxıl yetişdirilib. Artıq 11 min 500 hektar zəmi biçilib. Hər hektardan orta məhsuldarlıq hələlik 31,5 sentnerdir. Lakin məhsuldarlığın artacağı gözlənilir. Mütəxəssislər bu il rayonda 100 min tondan çox taxıl istehsal olunacağı qənaətindədirlər. Əksər ərazilərdə, o cümlədən Qubaxəlilli, Kəlbənd, Mollaisaqlı ərazi vahidlərində, Nikitin adına kolxozda taxılçılar daha yüksək məhsul əldə edirlər.
Hazırda hər gün zəmilərə 100-dən çox kombayn çıxarılır. Biçin kampaniyasının 10-12 günə yekunlaşdırılması üçün tədbirlər gücləndirilir.