REGİONLAR
Bu il İsmayıllıda 15 hektar sahədə tütün əkilib
İsmayıllı, 30 may, AZƏRTAC
Bu il İsmayıllı rayonunda 15 hektar sahədə tütün əkilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bölgədə tütünçülüyün inkişafı üçün potensial imkanlar genişdir. Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələr sahibkarlar tərəfindən maraqla qarşılanıb və yerlərdə bu imkanlardan səmərəli istifadə üçün ardıcıl tədbirlər görülür.
Cari mövsümdə tütün əsasən Topçu, Diyallı, Qurbanəfəndi, Qalınçaq yaşayış məntəqələrinin ərazilərində əkilib. Torpaq mülkiyyətçiləri və sahibkarlar hazırda sahələri səylə becərirlər. Belə ki, əkilən şitillərin dibi yumşaldılır, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılır.