REGİONLAR


Bu il İsmayıllıda bol kartof yetişdirilib

A+ A

İsmayıllı, 9 avqust, AZƏRTAC

İsmayıllı rayonunda cari ildə bol kartof yetişdirilib və hazırda məhsul yığımı davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu mövsümdə bölgədə 894 hektar sahədə kartof əkilib. Əkin sahələri ötən ildəkindən 109 hektar çoxdur. Hazırda sahələrdən yaxşı məhsul götürülür. Artıq 450 hektarda yığım başa çatıb, 4000 tondan çox kartof yığılıb.

Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu vaxtında və itkisiz toplamaq üçün ciddi səy göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.