REGİONLAR


Bu il Qaxda dörd subartezian quyusu qazılıb

A+ A

Qax, 4 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə cari ildə Qax rayonunun ərazisində 6 subartezian quyusunun qazılması nəzərdə tutulub. Bu quyulardan 4-nün qazıntısı artıq yekunlaşıb. İkisində isə qazıntı işləri davam etdirilir.

Bu barədə AZƏRTAC-a rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.

Baş mühəndisin dediyinə görə, subartezian quyularının qazıntısı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 dekabr tarixli Sərəncamına əsasən həyata keçirilir.

Qeyd edək ki, dövlətimizin başçısının imzaladığı sərəncamlara uyğun olaraq, son 3 ildə Qax rayonunun ərazisində 27 artezian və subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.