DÜNYA


Bu il Rusiyanın təbii qaz istehsalı azalıb

A+ A

Bakı, 20 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Bu ilin ilk 8 ayında Rusiyanın neft istehsalı artıb, təbii qaz istehsalı isə azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rosstat”ın məlumatında deyilir. Bildirilir ki, ölkənin neft istehsalı bu ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artıb, təbii qaz istehsalı isə 1,6 faiz azalıb.

Rusiyanın neft istehsalı avqust ayında əvvəlki aya görə 2 faiz azalaraq 45,2 milyon ton olub. Ölkənin təbii qaz istehsalı isə avqust ayında əvvəlki ayla müqayisədə 5 faiz artaraq 39,2 milyard kubmetrə çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.