İQTİSADİYYAT


Bu il SOCAR-ın təbii qaz hasilatı 2,5 milyard kubmetrə yaxın olub

Bakı, 16 iyun, AZƏRTAC

Cari ilin may ayında SOCAR-ın təbii qaz hasilatı 508,1 milyon kubmetr olub. Keçən ay ölkə üzrə qaz istehsalı isə ümumilikdə 2 milyard 462,7 milyon kubmetr təşkil edib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib. Bu ilin yanvar-may aylarında SOCAR-ın təbii qaz hasilatı 2 milyard 465,5 milyon kubmetr, ölkə üzrə qaz istehsalı isə 11 milyard 724,9 milyon kubmetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.