REGİONLAR
Bu il Sabirabadda 10 tona yaxın barama istehsal olunacaq
Sabirabad, 15 fevral, Mahir Babayev, AZƏRTAC
Ötən il Sabirabadda 3 ton 75 kiloqram barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi nəzərdə tutublar və hazırda rayonda bu istiqamətdə hazırlıq işləri görülür. Barama saxlamaq istəyən kümçülər indidən qeydiyyata alınır və onlarla mütəmadi görüşlər keçirilir, fikir mübadiləsi aparılır.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Heydər Yaqubov AZƏRTAC-a bildirib ki, ötən il 22 kənddə 40 ailəyə ipəkqurdu verilib və onlar 800-1000 manat gəlir götürüblər. Bu il isə rayonda 8-10 ton arası məhsul istehsal etmək nəzərdə tutulub. Bu məqsədlə 6 kənd ərazisində Çindən gətirilən 60 min ədəd tut tingi, həmçinin fərdi təsərrüfatlarda və bələdiyyə torpaqlarında 40 min ədəd yerli tut tingi əkilib.
Qeyd edək ki, rayonda aprel ayından başlayaraq barama istehsal etmək istəyən ailələrə ipəkqurdu paylanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]