REGİONLAR
Bu il Şəki teatrında dörd yeni tamaşa hazırlanacaq
Şəki, 24 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2017-ci ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-a teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli məlumat verib.
Rejissorun bildirdiyinə görə, repertuar planında nəzərdə tutulan ilk tamaşanın - Əbdürrəhim bəy Haqverdiyevin “Şəbihgərdan” hekayəsinin səhnələşdirilməsinə aprelin əvvəlində başlanılacaq. Bundan əlavə, mövsüm ərzində teatrda Cəfər Cabbarlının “Dönüş”, türk yazıçısı Əziz Nesinin uşaqlar üçün yazdığı “Möcüzəli bal” və amerikan dramaturqu Edvard Olbinin “Zoopark əhvalatı” əsərləri əsasında yeni tamaşalar hazırlanacaq.
Hazırda teatrda türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında eyniadlı tamaşanın məşqləri davam etdirilir. Səhnə əsəri teatrsevərlərə martın sonunda təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:30]
Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]