CƏMİYYƏT


Bu il “Ulduz” şokolad fabrikinə 2 min 416 şagird və müəllim ekskursiya edib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Bu ilin altı ayında "Ulduz" şokolad fabrikinə 84 məktəbdən 2 min 416 şagird və müəllim qrupu ekskursiya edib.

Fabrikdən AZƏRTAC-a bildiriblər ki, "Ulduz" şokolad fabriki illərdir məktəblilər üçün təmənnasız ekskursiyalar təşkil edir. Ekskursiya zamanı məktəblilərə şokoladın tarixi, hazırlanma texnologiyası və fabrik haqqında videoçarx nümayiş olunur. Uşaqlara istehsalat sahəsinə daxil olmaq üçün təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilir. Fabrikin əməkdaşları ekskursiya iştirakçılarına avadanlıqlar və istehsalat prosesi ilə bağlı ətraflı məlumat verirlər. Ekskursiya iştirakçılarına fabrikin məhsulları hədiyyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.