REGİONLAR


Bu il Zaqatalada barama istehsalı iki dəfədən çox artırılacaq

Zaqatala, 21 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Cari ildə Zaqatala rayonunda barama istehsalının ötən illə müqayisədə iki dəfədən çox artırılaraq 13,5 tona çatdırılması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Ötən il rayonda 1,5 ton barama istehsalı proqnozlaşdırılsa da, kümdarlar 6 tondan çox yaş barama istehsal ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Zaqatala rayonunda da uğurla icra olunur. Belə ki, baramaçılığın dirçəldilməsi və onun yem bazasının möhkəmləndirilməsi məqsədi ilə 2016-cı ilin payız mövsümündə rayon ərazisində 147 min ədəd tut tingi əkilərək yeni bağlar salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.