ELM VƏ TƏHSİL


Bu il altı mindən çox müəllimin işlə təmin olunması nəzərdə tutulur

Bakı, 26 may, AZƏRTAC

Bu günədək 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib. Hazırda Bakı şəhərində məcburi köçkün məktəblərində çalışan yeddi min müəllimin diaqnostik qiymətləndirilməsi aparılır. Mayın sonunadək ölkə ərazisində müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi yekunlaşacaq.

AZƏRTAC xəbər verir ki, bunu mayın 26-da Təhsil Nazirliyində keçirilən mətbuat konfransında bu qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

C.Valehov bildirib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə çoxlu vakant yer olacaq. Belə ki, cari il altı mindən çox vakant müəllim yerinin olması gözlənilir. Diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb olunacaq, çox zəif nəticə göstərən müəllimlər isə ixtisar ediləcəklər. Məqsəd daha çox gənc, təcrübəli təhsil verənlərin hazırlanması, təhsil mühitinin bilikli, səriştəli müəllimlərlə təmin olunmasıdır. Bacarıqlı və bilikli müəllimlərin işə cəlb olunmaları üçün yeni imkanlar yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.