İQTİSADİYYAT


Bu il barama istehsalının bir neçə dəfə artacağı gözlənilir

Bakı, 16 may, AZƏRTAC

2015-ci ildə ölkədə 236 kiloqram barama istehsal edilmişdisə, ötən il 71 ton barama istehsal edilib. Cari ildə məhsulun bundan bir neçə dəfə çox olacağını gözləyirik.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Nazir müavini bildirib ki, baramaçılıqla məşğul olan hər ailə 2700 manatadək gəlir əldə edə biləcək. Gətirilən ipəkqurdları kümçülərə paylanılıb. Respublikanın 31 rayonunda 739 kəndi əhatə edən 3013 min kümçüyə ipəkqurdu verilib. Orta hesabla bir ailə 200-300 kiloqram barama təhvil versə, bu, 1800-2700 manat qazanc deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.