Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bu il cənub bölgəsinə daha çox rusiyalı və iranlı turistlər səfər edir

Lənkəran, 18 iyun, Bağır Əliyev, AZƏRTAC

Sürətlə inkişaf edən Azərbaycanda turizm sahəsinin inkişafına xüsusi önəm verilir, dövlətimiz tərəfindən bu sahədə kompleks tədbirlər həyata keçirilir. Ölkəmizdə hər il beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi respublikamızın turizm potensialını bütün dünyaya tanıdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın turizm məkanlarından biri olan cənub bölgəsində də bu sahədə mühüm işlər görülüb. Bölgənin turizm və istirahət mərkəzləri yay turizm mövsümünə tam hazırdır.

Əvvəlki illərdən fərqli olaraq cənub bölgəsində yay turizm mövsümü bu il mart ayından başlayıb. Mart ayından başlayaraq ölkəmizə, eləcə də cənub bölgəsinə böyük turist axını olub.

2007-ci ildə Lənkərana gələn turistlərin sayı 4700 nəfər olmuşdusa 2016-cı ildə bu rəqəm 15 mini ötüb. Bu ilin 5 ayında isə rayona gələn turistlərin sayı 6 mindən çox olub. Onlardan 15 faizi xarici turistlərdir.

Astarada turizmin inkişafı məqsədilə həyata keçirilən infrastruktur layihələr rayona turistlərin axına səbəb olub. Ötən il rayona gələn turistləri sayı 5000 nəfəri ötüb. Bu, 2012-ci illə müqayisədə 10 dəfə çoxdur.

İyunun 8-də Azərbaycan Prezidentinin Astara şəhərində park-bulvar kompleksinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncam cənub bölgəsində turizmin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Masallıya gəldikdə isə, ötən il bu rayona 24730 turist səfər edib ki, onlardan da 1600-ü xarici olub. Bu ilin birinci rübündə isə rayona 4200 turist gəlib. Onlardan 500-dən çoxu əcnəbilərdir.

Lənkəran Turizm İnformasiya Mərkəzi cənub bölgəsinin turizm potensialının təbliği sahəsində müxtəlif səpkili tədbirlər həyata keçirib.

Mərkəzin direktoru İlqar Əzimov bildirib ki, ingilis və Azərbaycan dillərində Lənkəranın turizm potensialını əks etdirən nəfis şəkildə hazırlanmış buklet, flayer və digər çap materialları hazırlanaraq sərgilərdə nümayiş olunub, turistlərə təqdim olunmaq üçün rayonda yerləşən mehmanxana və mehmanxana tipli obyektlərə, muzeylərə və Heydər Əliyev Mərkəzinə paylanılıb.

Eyni zamanda, rayonun turizm potensialını təbliğ edən orijinal flayer və təqvim, Lənkəranın turist marşrut xəritəsi hazırlanaraq gələn qonaqlara verilib. Hazırda isə cənub bölgəsinin turist xəritəsi üzərində iş gedir.

Aprelin 6-9-da Bakı şəhərində təşkil olunmuş turizm və səyahətlər sərgisində cənub bölgəsində yerli sənətkarlar tərəfindən hazırlanmış milli suvenirlər təqdim olunub. Sərgidən sonra yerli suvenirlərə maraq çoxalıb.

Mayın 6-7-də Lənkəranda keçirilən “Avropa günləri” çərçivəsində rayonun turizm potensialını əks etdirən sərgi də Avropadan olan qonaqların böyük marağına səbəb olub. Heç də təsadüfi deyildir ki, bu tədbirdən sonra bir sıra Avropa ölkəsinin səfirləri Lənkərana səfər edib.

Yeni turizm mövsümünün başlaması ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Lənkəran Turizm-İnformasiya Mərkəzinin əməkdaşlarından ibarət işçi qrupu cənub bölgəsində yerləşən turizm və istirahət mərkəzlərində, çimərliklərdə monitorinqlərin aparıldığını qeyd edən İ.Əzimov bölgənin turizm və istirahət mərkəzlərinin, çimərliklərin yeni mövsümə tam hazır olduqlarını bildirib.

Hazırda cənub bölgəsində 100-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir və onların siyahısı ildən ilə artmaqdadır. Bu obyektlərdə göstərilən xidmətin səviyyəsi də beynəlxalq standartlara uyğun təşkil olunub.

Qonşu İran İslam Respublikasından turistlərin bölgəyə cəlb olunması ilə bağlı bir sıra maarifləndirici tədbirlər həyata keçirilib.

Lerik rayonunun “Relax” turizm istirahət mərkəzində İran İslam Respublikasının 35 vilayətinin turizm təmsilçilərinin iştirakı ilə konfrans və infotur təşkil olunub. Tədbir çərçivəsində iranlı qonaqlara cənub bölgəsinin turizm obyektlərinin bukletlet, flayer, vizitka və digər çap materialları paylanılıb.

Turizm İnformasiya Mərkəzi və Regional Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə cənub bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin nümayəndələri üçün əcnəbi vətəndaşların Azərbaycan Respublikasına gələrkən qeydiyyat qaydaları ilə bağlı tədbiri təşkil olunub. Tədbir çərçivəsində Miqrasiya Xidmətinin məsul əməkdaşları tərəfindən əcnəbi vətəndaşların otellərə daxil olarkən otellər tərəfindən onların qeydə alınma qaydaları izah olunub.

Turizm İnformasiya Mərkəzi tərəfindən internet resursları, “facebook” və digər sosial şəbəkələr vasitəsilə də cənub bölgəsinin turizm potensialı haqqında geniş məlumatlar verilib. “Qrinviç tour”, “Royal travel” və digər turizm şirkətləri ilə əməkdaşlıq çərçivəsində yerli və əcnəbi turistlər üçün turlar təşkil olunub.

Hazırda Lənkəran, Lerik və Astara rayonlarını əhatə edən turizm marşrutları tam hazırdır.

Mərkəz digər rayonların Turizm İnformasiya Mərkəzləri ilə də sıx əməkdaşlıq edir. Şəki Turizm İnformasiya Mərkəzi tərəfindən göndərilən Almanıyadan olan turistlər üçün Lənkəran və Lerik rayonlarına tur təşkil olunub.

Mərkəz bölgədə fəaliyyət göstərən otellər və turizm obyektləri ilə də sıx əlaqə saxlayır və turizmlə bağlı müxtəlif tədbirlər həyata keçirir.

İlk dəfə olaraq Lənkəranın nəfis şəkildə bələdçi kitabının hazırlanıb. Bölgəyə gələn turistlərin tələbatı nəzərə alınaraq kitab üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanıb.

Bu il cənub bölgəsinə Rusiya Federasiyası və İran İslam Respublikasından olan turistlər daha çox maraq göstərirlər. Əksər mehmanxanalarda iyul ayı üçün Rusiya Federasiyasından olan turistlər tərəfindən sifarişlər qəbul olunub. Lənkəranda fəaliyyət göstərən müasir tipli böyük mehmanxanalarda iyul-avqust ayları üçün bütün otaqlar bron olunub.

Hazırda cənub bölgəsi üzrə Turizm-Rekreasiya Zonasının yaradılması ilə bağlı hazırlıq işləri gedir. Bu zonanın yaradılması isə bölgənin turizm imkanlarından daha səmərəli istifadəsi təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar