DÜNYA


Bu il dəniz yolu ilə Avropaya 335 min mühacir gəlib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatı ilin əvvəlindən bəri Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə gələn mühacir və qaçqınların sayının 335 min nəfəri keçdiyini bildirib. Bununla yanaşı, 4 min nəfərdən çox qeyri-leqal miqrant isə dənizdə həlak olub və ya itkin düşüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın noyabrın 4-də Cenevrədə dərc olunan məlumat bülletenində noyabrın 2-dək Avropaya 335031 qaçqın gəldiyi qeyd olunur. Onların əsas hissəsini Yunanıstan (170 min nəfərə yaxın) və İtaliya (158 min nəfərdən çox) qəbul edib.

Həmçinin cari ilin əvvəlindən indiyədək Aralıq dənizində 4220 nəfər həlak olub və ya itkin düşüb. Hazırda ən təhlükəli miqrasiya marşrutu Şimali Afrikadan İtaliyaya gedən dəniz yolu sayılır. Bu marşrutda 3743 nəfər həyatını itirib. Türkiyədən Yunanıstana gedən dəniz yolunda isə 415 nəfər həlak olub.

Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi İtayi Virrinin sözlərinə görə, bu il Avropaya keçmək istəyərkən həyatını itirən mühacir və qaçqınların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 725 nəfər artıb. Bu siyahıya noyabrın 2-də Aralıq dənizinin Liviya və İtaliya sahilləri arasında baş verən iki gəmi qəzası nəticəsində ölən 240 nəfər də əlavə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.