CƏMİYYƏT


Bu il əlilliyi olan 11 minədək şəxsə protez-ortopedik xidmətlər göstərilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası istiqamətində görülən işlər sırasında bu təbəqədən olan vətəndaşların protez-ortopedik məmulatlarla təminatı mühüm yer tutur. Bu ilin 9 ayında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan 10989 şəxsə protez-ortopedik xidmətlər göstərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 1293 nəfəri Qarabağ müharibəsi əlilləri olub. Hesabat dövründə əlilliyi olan şəxslər 1093 əlil arabası, 715 ədəd aşağı ətraf protezi, 925 ədəd aşağı ətraf ortezi, 1280 cüt dirsəkaltı ağac, 662 ədəd dördayaqlı dayaq vasitəsi, 569 ədəd bel və boyun nahiyəsi üçün korset, 3546 cüt ortopedik ayaqqabı, 2457 cüt protez ayaqqabı, 525 eşitmə aparatı, 6649 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1945 əsa və s. ilə təmin olunublar. Əlillərə məxsus 682 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın isə təmiri işləri aparılıb.

Ümumilikdə yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 25266 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib. Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında əlilliyi olan 529 şəxsə reabilitasiya xidmətləri göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.