ELM VƏ TƏHSİL


Bu il magistratura səviyyəsinə 7 min 709 plan yeri ayrılıb

Bakı, 6 iyun, AZƏRTAC

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7 min 709 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, həmin plan yerlərindən 5 min 541 yer (71.88 faiz) Azərbaycan bölməsi, 702 yer (9.11 faiz) rus bölməsi, qalan 1.466 yer (19.01 faiz) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Qəbul planı üzrə yerlərin 6 min 535-i dövlət, 1174-ü isə özəl ali təhsil müəssisələrinin payına düşür. Dövlət sifarişi əsasında qəbul aparılan yerlərin sayı 2 min 408-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.