ELM VƏ TƏHSİL


Bu il məktəbəqədər hazırlıq qruplarına daha çox uşaq cəlb ediləcək VİDEO

Bakı, 29 iyun, AZƏRTAC

Ötən tədris ilindən fərqli olaraq, bu il məktəbəhazırlıq qruplarına uşaqların 65 faizi cəlb ediləcək. Keçən tədris ilində bu rəqəm 55 faiz olub. Bu il ayrılan əlavə 10 faiz yer əsasən Bakıətrafı qəsəbələri əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva iyunun 29-da jurnalistlərə açıqlamasında deyib.

M.Vəliyeva qeyd edib ki, rəhbərlik etdiyi qurum son iki ildə birinci sinfə qəbulu elektron sistem vasitəsilə həyata keçirir. Bu il məktəbəhazırlıq qruplarına qəbul da həmin sistemə inteqrasiya edilir və bununla bağlı hazırda proqramda müvafiq işlər aparılır. O deyib: “Güman edirəm ki, sentyabrın əvvəllərində məktəbəhazırlıq işlərini yekunlaşdıracağıq. Məktəbəhazırlıqda ərazi prinsipini tam tətbiq etmək mümkün olmayacaq. Çünki söhbət 65 faiz uşağın məktəbə hazırlığa cəlb edilməsindən gedir. İkinövbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbəhazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq. Amma Bakının 12 rayonunun hər birində təhsil ocaqlarında məktəbəhazırlıq qrupları təşkil olunacaq. Biz məktəbəhazırlıq mərhələsində bütövlükdə ərazi prinsipini tam tətbiq etməyə hazır deyilik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.