DÜNYA


Bu il mobil oyunlar gəlirə görə kompüter və konsol oyunlarını üstələyib

Bakı, 23 dekabr, AZƏRTAC

“SuperData” analitik şirkəti 2016-cı il üçün interaktiv əyləncələr bazarı üzrə maliyyə statistikasını dərc edib. Statistikaya görə, başa çatmaqda olan ildə oyun sənayesinin gəlirləri 91 milyard dollara çatıb.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, daha çox gəliri oyun həvəskarlarının təxminən 41 milyard dollar xərclədiyi mobil oyun proqramları gətirib. Onlar arasında ən çox satılan “Monster Strike”, “Clash of Clans” və “Clash Royale” oyunları olub. Bu baxımdan fərdi kompüterlər üçün oyunlar bazarı da geri qalmır. Oyun həvəskarları 2016-cı ildə adi oyunlara, abunə ilə kütləvi çoxistifadəli onlayn oyuna (MMO), “free-to-play” və digər sosial şəbəkə oyunlarına təxminən 36 milyard dollar sərf ediblər. Bu seqmentdə il ərzində yaradıcılarına 1,7 milyard dollar qazandıran “League of Legends” oyunu qeyd-şərtsiz liderdir.

Qalan məbləği konsol bazarı, kiberidman, video oyunlar və virtual reallıq bazarı öz aralarında bölüşüblər. Konsol oyun həvəskarları bu il 6,6 milyard dollar xərcləyib ki, bunun da 591 milyard dolları “Call of Duty: Black Ops 3” və 585 milyard dolları “Overwatch” oyunlarına sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.