İQTİSADİYYAT


Bu il muzdla çalışanların əməkhaqqları 6,3 faiz artıb

Bakı, 12 iyul, AZƏRTAC

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 520,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 7,1 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıblar.

Yanvar-iyun aylarında iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1,525,2 min nəfər olub. Onlardan 886,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 638,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.