İQTİSADİYYAT


Bu il neft sektoru üzrə əsas kapitala 3,6 milyard manat yönəldilib

Bakı, 18 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında neft sektoru üzrə əsas kapitala 3 milyard 663,5 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən beş ayda neft sektorunda 10 milyard 420,2 milyon manat dəyərində ümumi məhsul istehsal olunub.

Sənayenin neft sektorunda isə istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz azalıb. Sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Bu ilin ilk dörd ayında mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 3 min 159 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.