CƏMİYYƏT


Bu il ölkə ərazisində qanunsuz ov edən  16 əcnəbi saxlanılıb

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2016-cı ilin 10 ayı ərzində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reydlər zamanı qanunsuz ovla məşğul olan 137 yerli vətəndaş saxlanılıb, onlardan 119 ov tüfəngi, 415 patron, 17 baş qanunsuz ovlanmış quş götürülüb. Eyni zamanda, Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən 16 əcnəbi vətəndaş saxlanılıb və onlardan ov məqsədilə istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb.

İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokol tərtib olunub. Ümumilikdə 144 nəfər inzibati qaydada 162600 manat məbləğində cərimə edilib. Sənəd təqdim etməyən 9 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.

Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Hazırda ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.