İQTİSADİYYAT


Bu il ölkədə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 17,7 milyard manat olub

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 17,7 milyard manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,8 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini real ifadədə 2,0 faiz üstələyərək 17,0 milyard manata bərabər olub.

Cari ilin birinci yarısında bir istehlakçı orta hesabla ayda 307,3 manatlıq və ya 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 32,9 manat çox əmtəə alıb, ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.