İQTİSADİYYAT


Bu il qeyri-OPEC ölkələrinin neft təklifi azalaraq 56,6 milyon barrel olacaq

A+ A

Bakı, 11 avqust, Nihad Budaqov, AZƏRTAC

İyulda qeyri-OPEC ölkələrinin neft istehsalı gündəlik 550 min barrel artaraq 56 milyon 670 min barrel olub. Neft təklifindəki artımın əsas hissəsi gündəlik hasilatı 4 milyon 280 min barrelə çatan Kanadada reallaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Qeyd edilir ki, keçən ay iyun ayı ilə müqayisədə istehsalın artmasına baxmayaraq, hesabat dövründə hasilat 2015-ci ilə görə gündəlik 1 milyon 100 min barrel az olub. Ötən illə müqayisədə hasilatın azalması ən çox Çin və ABŞ-da baş verib.

IEA-nın proqnozuna görə, bu il qeyri-OPEC ölkələrinin neft təklifi 2015-ci ilə görə gündəlik orta hesabla 900 min barrel azalmaqla 56 milyon 600 min barrel olacaq. 2017-ci ildə isə neft təklifi gündəlik 300 min barrel artaraq təxminən 57 milyon barrelə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.