DÜNYA
Bu il qlobal mobil rabitə abunəçilərinin sayı 5 milyardı ötəcək
Bakı, 28 fevral, AZƏRTAC
“GSMA” Mobil Operatorlar Assosiasiyası 2017-ci ilin ortalarınadək dünyada mobil telefon istifadəçilərinin sayının beş milyardı ötəcəyini açıqlayıb.
AZƏRTAC “Agence France-Presse” resursuna istinadən xəbər verir ki, yeni mobil rabitə abunəçilərinin ümumi artımının təxminən yarısı Asiya ölkələrinin payına düşəcək. Növbəti üç il ərzində təkcə Hindistanda yeni abunəçilərin sayının 310 milyon artacağı gözlənilir.
Xatırladaq ki, 2016-cı ildə mobil rabitə abunəçilərinin sayı 4 milyard 800 milyon nəfər təşkil edib. 2020-ci ilədək mobil telefon istifadəçilərinin sayının 5 milyard 700 milyonadək artacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]