İQTİSADİYYAT


Bu il qlobal neft tələbatı gündəlik 94 milyon 260 min barrel olacaq

A+ A

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC

Bu il qlobal neft tələbatı 2015-ci ilə görə 1 milyon 220 min barrel artaraq gündəlik 94 milyon 260 min barrel olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Hesabata görə, 2017-ci ildə isə qlobal neft tələbatı 95 milyon 410 min barrelə çatacaq.

Cari ildə OPEC üzrə xam neft tələbatı 2015-ci illə müqayisədə 1 milyon 900 min barrel artaraq gündəlik 31 milyon 900 min barrel təşkil edəcək. 2017-ci ildə isə OPEC-in neft tələbatı bu ilə nisbətən 1 milyon 100 min barrel artaraq 33 milyon barrel olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.