DÜNYA


Bu il rəqəmli qurğuların qlobal tədarükü 3 faiz azalacaq

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

"Gartner" şirkəti yeni hesabatında 2016-cı ildə dünyada rəqəmli qurğuların, o cümlədən kompyuter, planşet, mobil telefon və smartfonların tədarükünün 3 faiz azalacağını açıqlayıb. Bu göstərici ardıcıl ikinci ildir azalır: 2015-ci ildə bazarda 0,75 faizlik qlobal azalma qeydə alınıb.

AZƏRTAC "IGate" resursuna istinadən xəbər verir ki, "Gartner"in direktoru Rancit Artvalın fikrincə, hazırda dünya qurğular bazarı yaxın vaxtlarda birrəqəmli artıma qayıda biləcək vəziyyətdə deyil.

Analitiklərin qənaətinə görə, növbəti beş ildə rəqəmli qurğuların satışında, demək olar, artım olmayacaq. Bu il bahalı qurğular (Microsoft Surface, MacBook Air) və ucuz telefonlar istisna olmaqla əksər seqmentlərdə durğunluq yaranacaq. Fərdi kompyuterlər bazarında bu il 8 faizlik azalma gözlənilir. Buna səbəb olan amillərdən biri avronun ötənilki devalvasiyasıdır ki, bunun da nəticəsində fərdi kompyuterlərin qiyməti xeyli yüksəlib. Şirkət direktoru hesab edir ki, istehsalçılar hər vəchlə qurğuların tədarükünün azalmasının qarşısını almağa çalışacaq. Dünyada mobil telefonların satışında bu il 1,6 faiz azalma proqnozlaşdırılır. Smartfonlar seqmenti isə əksinə, cüzi də olsa, artım nümayiş etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.