DÜNYA
Bu il yayda Dubayda “uçan avtomobillər” işləməyə başlayacaq
Dubay, 13 fevral, AZƏRTAC
Fevralın 12-də Dubayda Dünya Hökumətlər Sammiti (“WorldGovernmentSummit”) açılıb. Həmin sammitdə Dubay Yollar və Nəqliyyat İdarəsi tərəfindən təqdim edilmiş avtonom “uçan avtomobillər” artıq bu ilin iyul ayında işləməyə başlayacaq, 2030-cu ilə qədər isə Dubay avtonom nəqliyyat sahəsində “pioner” olacaq.
Dubay Əmirliyinin Yollar və Nəqliyyat İdarəsinin rəhbəri Matar Əl-Tayer bu barədə həmin sammitdə məlumat verib.
Onun sözlərinə görə, sərnişinlərin yeni, sürücüsüz nəqliyyat növü ilə daşınması nəqliyyat xərclərinə ildə 22 milyard dirhəm qənaət etməyə, yol-nəqliyyat hadisələrinin sayını azaltmağa və ekoloji şəraiti yaxşılaşdırmağa imkan verəcək.
Qeyd etmək lazımdır ki, Çinin “Ehang” şirkəti tərəfindən yaradılmış “uçan avtomobil” sərnişinləri qısa məsafələr daşımağa imkan verən innovasiyalı nəqliyyat vasitəsidir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]