İQTİSADİYYAT
Bu il yüzlərlə kəndi birləşdirən yeni yol layihələri icra ediləcək
Bakı, 18 aprel, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunandan sonra 11 min kilometrdən çox uzunluğu olan yollar salınıb. Azərbaycanı qonşu ölkələrlə birləşdirən yollar ya istismara verilib, ya da ki, artıq buna yaxındır. Kənd yollarının salınması geniş vüsət alıb. Bu il yüzlərlə kəndi birləşdirən yeni yol layihələri icra ediləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, yolların salınması həm sosial, həm də iqtisadi məsələdir. Çünki bu, həm insanlara rahatlıq verir. Eyni zamanda, məhsulu bazarlara vaxtında çatdırmaq üçün yolların böyük əhəmiyyəti var. Həmçinin yol olmayan yerlərə investisiya da gəlmir və inkişaf da olmur. Proqramın əsas istiqamətləri bu idi.