İQTİSADİYYAT


Bu ilin 9 ayında iri qabaritli transformatorlar zavodu və digər müəssisələr istifadəyə verilib

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində iriqabaritli transformatorlar və yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Sumqayıt şəhərində şahmat məktəbi, Xaçmaz rayonunda Yalama aqroparkı tikilərək istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə İsmayıllı rayonunda “İSMA BİKES” velosiped istehsalı zavodu, “İsmayıllı-2” Su Elektrik Stansiyası, Qəbələ rayonunda “Qafqaz Tufandağ Mountain Resort” oteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə ölkədə 2748 şagird yerlik 12 ümumtəhsil məktəb binası, 1507 yerlik 16 məktəbəqədər təhsil müəssisəsi, 560 yerlik 4 klub və s. obyektlərin tikintisi başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.