İQTİSADİYYAT


Bu ilin altı ayında Bakıda 26 küçə və prospekt təmir edilib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC 

Cari ilin birinci yarısı ərzində “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində ümumi uzunluğu 31,9 kilometr, yol örtüyünün sahəsi 331,9 min kvadratmetr olan Binəqədi, Nizami, Xətai, Yasamal, Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Qaradağ və digər rayonlarda 26 adda prospekt və küçə yenidən qurulub, təmir olunub.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 157, 2 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib.

Ümumilikdə isə, respublika üzrə uzunluğu 230 kilometr olan avtomobil yolları, prospekt və küçələr, o cümlədən, respublika əhəmiyyətli 135,7 kilometr, yerli əhəmiyyətli 62,4 kilometr, Bakı şəhər yolları 31,9 kilometr yenidən qurulub və təmir olunub.

Altı ayda “Azəravtoyol” ASC üzrə 465,4 min ton asfalt-beton istehsal olunub, 25,6 min ton bitum və 1,9 min ton mazut istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.