İQTİSADİYYAT


Bu ilin altı ayında dəmir yolu ilə 7 milyon ton yük daşınıb

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 7 milyon ton yük, 902,6 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 20,4 faiz, sərnişin daşınmasında isə 12 faiz azalma müşahidə olunub.

Orta hesabla sutkada 426 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 4,7 min ton, Cənub istiqaməti üzrə isə 1,8 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.