İQTİSADİYYAT


Bu ilin altı ayında ölkəmizdə 93,1 min yeni iş yeri açılıb

A+ A

Bakı, 21 avqust, AZƏRTAC

2016-cı ilin birinci yarısında ölkəmizdə 73,1 mini daimi olmaqla 93,1 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 26,3 faizi Bakı şəhərinin, 1,9 faizi Naxçıvan Muxtar Respublikasının, 71,8 faizi regionların, o cümlədən 25,9 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,2 faizi Abşeron, 6,9 faizi Lənkəran, 5,7 faizi Şəki-Zaqatala, 4,4 faizi Quba-Xaçmaz, 3,7 faizi Dağlıq Şirvan, 3,1 faizi Yuxarı Qarabağ, 0,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 26,2 faizi mövcud və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 64,1 faizi isə fərdi sahibkarlıq subyektlərində açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.