CƏMİYYƏT


Bu ilin altı ayında respublika ərazisində  848 yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 15 iyul, AZƏRTAC

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində yaralananların sayının azalmasına mühüm təsiri olub.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin altı ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 315 nəfər ölüb, 832 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 57 fakt (6,3 faiz) azalıb, ölənlərin sayı 11 nəfər (3,6 faiz) artıb. Yaralananların sayı isə 138 nəfər (14,2 faiz) azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.