İQTİSADİYYAT


Bu ilin beş ayı ərzində Türkiyəyə 200 mindən çox azərbaycanlı səfər edib

Bakı, 18 iyul, AZƏRTAC

Bu ilin yanvar-may ayları ərzində Türkiyəyə ümumilikdə 8 milyon 762 min 509 nəfər xarici ölkə vətəndaşı səfər edib.

AZƏRTAC Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin hesabatına istinadla xəbər verir ki, ölkəyə gələnlər arasında Rusiya vətəndaşları birinci yer tutur ki, onların da sayı 928 min 376 nəfər təşkil edib.

Rusiya vətəndaşlarından sonra Türkiyəyə ən çox Gürcüstan vətəndaşları üz tutub ki, onların sayı 874 min 955 nəfər göstərilir. Üçüncü yerdə qərarlaşan Almaniyadan ölkəyə 863 min 572, İrandan 774 min 10, Bolqarıstandan 638 min 409, İngiltərədən 396 min 515, Ukraynadan 316 min 252, Azərbaycandan 243 min 421, İraqdan 239 min 996, Hollandiyadan 205 min 931 və Yunanıstandan 204 min 806 nəfər səfər edib.

İsrail, Səudiyyə Ərəbistanı, Fransa, Rumıniya və ABŞ-dan Türkiyəyə gedənlərin sayı 100 mini ötməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.